Rusiya qələbə qazandı, Portuqaliya sülh bağladı

Rusiya qələbə qazandı, Portuqaliya sülh bağladı
DÜNYA FUTBOLU 1 Mart 2012 / 01:56 6640
-  A +

Bu gün dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları çərçivəsində bir sıra görüşlər keçirilib.

Qol.Az-ın məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibləri olan Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmaları da yoxlama oyunlarında qüvvələrini sınayıblar.

Portuqaliya millisi səfərdə Polşanın, Rusiya isə Danimarkanın qonağı olub. Portuqaliya rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), Rusiya millisi səfərdə inamlı qələbəyə sevinib - 2:0. 

İsrail öz meydanında Ukrayna yığmasına (2:3), Şimali İrlandiya Norveçə (0:3) uduzub. Lüksemburq isə Makedoniya nı 2:1 hesabı ilə məğlub edib.

 

29 fevral

Beynəlxalq yoxlama oyunları

Türkiyə - Slovakiya - 1:2
Qollar:
Veiss, 24 (0:1), Stok, 39 (0:2), Toprak, 85 (1:2)

Danimarka - Rusiya - 0:2
Qollar:
Şirokov, 4 (0:1), Arşavin, 45 (0:2)

Yunanıstan - Belçika - 1:1
Qollar:
Salpingidis, 9 (1:0), Çadli, 33 (1:1)

Xorvatiya - İsveç - 1:3
Qollar:
İbrahimoviç, 13 (0:1, pen.), Olson, 44-avtoqol (1:1), Larson, 46 (1:2), 69 (1:3)

İsveçrə - Argentina - 1:3
Qol:
Messi, 20 (0:1), 88 (1:2), 90-pen (1:3), Şaqiri, 50 (1:1)

İrlandiya - Çexiya - 1:1 
Qollar:
Baroş, 50 (0:1), Kox, 86 (1:1) 

Polşa - Portuqaliya - 0:0 

İtaliya - ABŞ - 0:1 
Qol:
Dempsey, 55 (0:1)

Almaniya - Fransa - 1:2 
Qol:
Giroud, 21 (0:1), Maluda, 69 (0:2), Kakao, 90 (1:2)

Şimali İrlandiya - Norveç - 0:3 
Qollar:
Nordveit, 44 (0:1), Elyounussi, 88 (0:2), Ruud, 90 (0:3)

İngiltərə - Hollandiya - 2:3 
Qollar:
Robben, 57 (0:1), 90+1 (2:3), Huntelar, 59 (0:2), Kehil, 85  (1:2), Yanq, 90 (2:2)

Moldova - Belarus - 0:0

Latviya - Qazaxıstan - 0:0

Kirp - Serbiya - 0:0

Gürcüstan - 
Albaniya - 2:1

İsrail - Ukrayna - 2:3
Qollar:
Qusev, 18 (0:1, pen.), Konoplyanka, 45 (0:2), Hemad, 55 (1:2, pen.), Yarmalenko, 61 (1:3), Sahar, 63 (2:3)

Lüksemburq - Makedoniya - 2:1

Avstriya  -
Finlandiya - 3:1
Qollar:
Yanko, 32 (1:0), 54 (2:0), İvantşiç, 73-pen (3:0), furuholm, 90 (3:1)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord