Türkiyə millisinin baş məşqçisi aylıq gəlirini açıqladı

Türkiyə millisinin baş məşqçisi aylıq gəlirini açıqladı
DÜNYA FUTBOLU 28 Fevral 2012 / 22:07 2814
-  A +

Türkiyə milli komandasının baş məşqçisi Avdullah Avcının aylıq gəliri məlum olub.

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, bu gün keçirilən mətbuat konfransında Avcı gəliri ilə bağlı sualı da cavablandırıb.

“Mənim nəyisə gizlətmək fikrim yoxdur. Futbol federasiyası ilə imzaladığım müqaviləyə əsasən hər ay 150 min lirə (təqribən 75 min manat – red.) maaş alıram” – deyə o bildirib.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı