Peter Çex ilin futbolçusu seçildi

Peter Çex ilin futbolçusu seçildi
DÜNYA FUTBOLU 28 Fevral 2012 / 15:18 2478
-  A +

Çexiyada 2011-ci ilin futbolçusu mükafatının yeni sahibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, "Çelsi" klubunun qapıçısı Peter Çex ölkəsinin ən yaxşı futbolçusu seçilib.

29 yaşlı qapıçı futbolçular, məşqçilər, klub nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermədə hər kəsi qabaqlayıb. Səsvermədə "Volfsburq"un futbolçusu Petr Jiraçek 2-ci, "Arsenal"lı Tomas Rosiçki isə 3-cü olub.

Qeyd edək ki, 88 dəfə Çexiya millisinin formasını geyinən Çex 2005, 2008, 2009 və 2010-cu illərdə də bu mükafata sahib çıxıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı