Volkan Ardaya zəng etdi: «Qorxmursansa, gəl, kişiliyini göstər»

Volkan Ardaya zəng etdi: «Qorxmursansa, gəl, kişiliyini göstər»
DÜNYA FUTBOLU 13 Aprel 2009 / 19:19 3088
-  A +

Təkcə nəticəsiylə deyil, həm də meydanda yaşanan hadisələriylə və “qırmızı vərəqə”ləriylə tarixə keçən “Qalatasaray” - “Fənərbaxça” derbisində yaşananlar hələ də Türkiyə mətbuatının əsas müzakirə mövzusudur. İki komandanın futbolçuları arasında əvvəlcə meydanda başlayan, daha sonra televiziya ekranlarında davam edən mübahisələrin ardı-arası kəsilmir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, matç bitdikdən sonra “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin “Kənarda bizə abi deyən bəzi “Qalatasaray”lı futbolçular “Əli Sami Yən”də anamızı söydülər” söyləməsi vəziyyəti daha da gərginləşdirib. Çox keçmədən “Qalatasaray”lı Arda Turan Volkanın cavabını verib: “Onlara abi deyiriksə bu qorxudan deyil, hörmətdən irəli gəlir. İstər “Əli Sami Yən”də, istərsə də “Şükrü Saracoğlu”da onlarla görüşməkdən qorxmuruq”.
Ardanın cavabını eşitdikdən sonra “Fənərbaxça”nın qapıçısı yenə də dinc dayanmayıb. Volkan Ardaya zəng vuraraq, deyib: “Əgər özünə bu cür güvənirsənsə, qorxmursansa, gəl bura və kişiliyini göstər. Bu cür məsələlər televizora çıxıb danışmaqla həll olunmur”.
Söz altında qalmayan Arda da cavabında Volkana “Ürəyin hara istəyirsə, gələ bilərəm» deyib.


Son xəbərlər