Türkiyə superliqasının formatı dəyişir

Türkiyə superliqasının formatı dəyişir
DÜNYA FUTBOLU 28 Fevral 2012 / 11:39 3064
-  A +

Yıldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə gəlməklə yeniliyə imza atmağa hazırlaşır.

Qol.Az-ın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, diqqətçəkən yenilik Türkiyə superliqasıyla bağlıdır. Məlum olub ki, növbəti mövsümdən ölkə çempionatının format dəyişəcək və yarışlarda indiki kimi, 18 deyil, 22 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, hazırkı çempionatda heç bir komanda aşağı dəstəyə düşməyəcək, əksinə birinci liqadan dörd komanda superliqaya qoşulacaq.

Məlumatda o da bildirilir ki, 22 komandanın iştirakı ilə keçiriləcək çempionatda pley-off sistemi tətbiq olunacaq, həmçinin komandaların qruplarda oynayacağı deyilir.

Yaxın günlərdə bu məsələylə bağlı Dəmirörənin Türkiyə çempionatında yarışan klubların rəhbərləriylə görüşəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın