Neymar: "Avropada oynamaq istərdim, ancaq..."

Neymar: "Avropada oynamaq istərdim, ancaq..."
XƏBƏR 26 Fevral 2012 / 02:16 2225
-  A +

Braziliyanın "Santos" klubunun ulduz futbolçusu Neymar gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, gələcəkdə Avropada oynamaq istədiyini açıqlayan gənc futbolçu hələlik ölkəsindən ayrılmaq niyyətində olmadığını bildirib:

"Müxtəlif ölkələrdən bir çox komanda mənimlə maraqlanır. Bu ölklərin arasında Fransa da var. Ancaq hazırda əsas istəyim "Santos"da qalaraq, burada yeni uğurlara imza atmaq və 2014-cü ildə ölkəmə dünya çempionluğunu qazandırmaqdır. Bununla belə, gələcəkdə Avropada çıxış etmək istərdim".

Qeyd edək ki, "Real" (Madrid) və "Barselona"nın maraq dairəsində olan Neymarın "Santos"la 2014-cü ilə qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın