Qana millisi haqda şok iddia

Qana millisi haqda şok iddia
DÜNYA FUTBOLU 25 Fevral 2012 / 19:03 4210
-  A +

Qana millisinin baş məşqçisi Qoran Stevanoviç komandası haqda şok iddia ortaya atıb.

Qol.Az-ın "BBC"-yə istinadən verdiyi məlumata görə, serbiyalı mütəxəssis Afrika kuboku çərçivəsində yığmanın bəzi futbolçularının cadu etməklə komandada ayrı-seçkilik yaratdığını bildirib.

Bu barədə Qana Futbol Federasiyasına (QFF) açıqlama verən Stevanoviç Afrika kubokundakı uğursuzluğu məhz cadu ilə əlaqələndirib:

"Bir-birilərinə zərər vermək məqsədilə cadudan faydalanan bəzi futbolçuların bu düşüncəsini dəyişməsi üçün hamımız kömək etməliyik. Futbolçuların intizamlı olmalarını və bir-birilərinə hörmətlə yanaşmalarını təmin etməliyik".

Qana millisinin sabiq futbolçularında olan Sarfo Qyami bu xəbərin onu təəccübləndirmədiiyni bildirib: "1992-ci ildə keçirilən Afrika kuboku zamanı futbolçular özlərini zədədən qorumaq və uğur qazanmaq üçün cadudan istifadə edirdilər. Ancaq futbolçuların bir-birilərinə qarşı cadu etmələrini isə ilk dəfədir ki, eşidirəm. Bu, yolverilməz".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı