"Barselona"nın baş məşqçisinə 20 milyon avro təklif

"Barselona"nın baş məşqçisinə 20 milyon avro təklif
XƏBƏR 25 Fevral 2012 / 18:23 3075
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Qol.Az-ın "Marka" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis "İnter" klubunun maraq dairəsinə düşüb.

Milan təmsilçisi Qvardiolaya 20 milyon avro təklif etməyə hazırdı. 41 yaşlı məşqçinin "İnter"in təklifini qəbul edəcəyi istisna olunmur.  

Qeyd edək ki, Qvardiolanın "Barselona" ilə müqaviləsi yayda başa çatacaq.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın