Arşavin yenidən "Zenit"ə qayıtdı

Arşavin yenidən "Zenit"ə qayıtdı
GÜNDƏM 25 Fevral 2012 / 11:12 2558
-  A +

Futbol üzrə Rusiya milli komandasının kapitanı Andrey Arşavin İngiltərə “Arsenal”ından Rusiya “Zenit”inə qayıdıb.
 
Qol.Az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçu öz saytında yazıb.

O, Sankt-Peterburq komandasında icarə əsasında və 29 nömrəli formada çıxış edəcəyini açıqlayıb. Arşavin ətraflı açıqlamanı fevralın 25-də verəcəyini bildirib.

Qeyd edək ki, Andrey Arşavin 2009-cu ilin fevralında “Zenit”dən “Arsenal”a keçib. Onun London klubu ilə müqaviləsi 2012-2013-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Lakin son zamanlar futbolçu “Arsenal”ın əsas heyətində yerini itirib.

Daha çox


Son xəbərlər