Mahir Şükürov: "Kamranla aramızda baş verənləri unutmuşuq"

Mahir Şükürov: "Kamranla aramızda baş verənləri unutmuşuq"
XƏBƏR 25 Fevral 2012 / 10:10 2307
-  A +

“Sinqapurla oyunda gözləmədiyimiz halda son dəqiqədə qapımızda qol gördük. Bu qol bizə çox pis təsir etdi”.

Qol.Az-ın məlumatına görə, bu barədə oyundan sonra AFFA TV-yə açıqlama verən milli komandamızın müdafiəçisi Mahir Şükürov deyib.

Şükürov Unibank Premyer Liqasının “Xəzər Lənkəran” ilə oyununda Kamran Ağayevlə aralarında yaşanan qalmaqala da münasibət bildirib: “Kamranla aramızda baş verənləri unutmuşuq. Gördünüz ki, bir qədər öncə də çox mehribancasına görüşdük. Futbol zamanı müəyyən hallar yaşana bilər. Amma meydandan kənarda onunla yaxşı münasibətlərim var”.

Qeyd edək ki, millimizin Sinqapurla dünən baş tutan yoxlama görüşü 2:2 hesabı ilə başa çatdı.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord