"Çelsi"nin futbolçusu "Anji"yə doğru

"Çelsi"nin futbolçusu "Anji"yə doğru
XƏBƏR 24 Fevral 2012 / 18:57 2531
-  A +

Bu mövsüm bahalı transferlə diqqət çəkən Rusiyanın "Anji" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Con Obi Mikelə "elçi" düşüb.

"Anji"dən təklif aldığını təsdiqləyən 24 yaşlı futbolçu hələlik qərar vermədiyini bildirib: "Anji" rəhbərliyi ilə görüşdüm. Onlar mənə rəsmi təklif etdilər. Ancaq hələ ki, qəti qərarımı verməmişəm. Bir qədər zamana ehtiyacım var. Rusiya Premyer Liqasında çıxış etmək maraqlı olardı".

Qeyd edək ki, 2006-cı ildə Norveçin "Lun" klubundan "Çelsi"yə transfer olunan Mikel London təmsilçisinin heyətində 152 oyuna çıxıb. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord