London olimpiadasından öncə Las-Veqas gümüşü

London olimpiadasından öncə Las-Veqas gümüşü
XƏBƏR 24 Fevral 2012 / 18:22 1524
-  A +

Azərbaycan taekvondoçuları Las-Veqasda keçirilmiş ABŞ-ın açıq çempionatında (“US Open”) 4 gümüş, 1 bürünc medal qazanıblar. 

Qol.Az-ın məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Ramin Əzizov (80 kq) zədə səbəbindən final döyüşünə çıxa bilməyib.

Millimizin daha bir üzvü İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla ayrılıb. Qadın taekvondoçularımızdan isə Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) ikinci yeri tutublar. Fariz Əliyev (74 kq) yarımfinalda qələbəni əldən verməklə bürüncə sahib olub.

Bundan başqa, Səbinə Mikayılova (62 kq) mübarizəni ¼ finalda dayandırmalı olub. Azərbaycan millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülüb.

Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyasının (WTF) “G2” kateqoriyalı yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı verilib. Əizovla Əzizovanın London Olimpiadasındakı 15 potensial rəqibindən 3-ü də “US Open”də iştirak edib.


Mənbə: Lent.az


Son xəbərlər