Yazıçı Qismət: “Doğrudanmı adamlar inanır ki, Foqts gündəlik yazır?”

Yazıçı Qismət: “Doğrudanmı adamlar inanır ki, Foqts gündəlik yazır?”
ÖLKƏ FUTBOLU 24 Fevral 2012 / 18:05 3662
-  A +

“Foqtsun gündəliyi” adlı yazının müəllifi, gənc yazar Qismət Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun onu məhkəməyə vermək istəməsinə münasibət bildirib.

Qismət Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, Foqtsun yazdığım yazıyla bağlı məhkəməyə müraciət etməyə hazırlaşması onda təəssüf və gülüş doğurub.

“Çünki yazdığım yazının altında imzam var.Bunu anlamaq bu qədərmi çətindir? Əgər gerçəkdən belə bir gündəlik olsaydı, mən hər yazının altına öz adımı niyə yazırdım? Eləcə yazını redaksiyanın adından çap edərdik. Bu ədəbi bir fənd, bir zarafat idi.Əfsus ki, bizim mətbuat əməkdaşları da, futbol rəsmiləri də bunu ciddiyə alıblar, inanıblar. Mən bu yazıda bir ədəbi fənddən istifadə etmişəm, dünyaca məşhur bir adamın, Berti Foqtsun dilindən Azərbaycan insanı, cəmiyyətlə bağlı fikirlərimi yazmışam. Yəni doğrudanmı adamlar inanır ki, Foqts gündəlik yazır, yaxud bizi onu tapıb elə beləcə paylaşırıq? Peşakar ədəbiyyatla məşğul olan biriyəm. Qəzetlərdə, ədəbi saytlarda dünya ədəbiyyatı ilə bağlı ciddi yazılar yazıram heç kim oxumur, amma zarafata bir yazı yazıram, hətta məhkəməlik oluram. Mən bilməzdim ki, insanlarımız bu qədər yumor hissini itirib. Təəssüf!” – deyə Qismət bildirib.

Qeyd edək ki, Qismətin "Foqtsun gündəliyi" yazısı futbolpress.az saytı da daxil olmaqla, ölkənin bir nəçə media orqanında dərc edilib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın