Foqts gənc yazıçını məhkəməyə verir

Foqts gənc yazıçını məhkəməyə verir
ÖLKƏ FUTBOLU 24 Fevral 2012 / 17:48 2754
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts son günlər bəzi mətbu orqanlarda onunla bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, Foqts deyib ki, bəzi mətbuat orqanlarında onun şəxsiyyətini təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer alıb: “Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq».

Qeyd edək ki, artıq bir neçə gündür mətbuatda gənc yazıçı Qismətin “Foqtsun gündəliyi” adlı yazısı dərc olunur.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"