Maradona: "Barselona" dünyanın ən yaxşısı deyil"

Maradona: "Barselona" dünyanın ən yaxşısı deyil"
XƏBƏR 24 Fevral 2012 / 15:38 2497
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Maradona dünyanın ən yaxşı komandasının "Barselona" olmadığını bildirib:

"Bu günə qədər bir çox yaxşı komanda gördüm. Ancaq "Barselona" ən yaxşısı deyil. Məncə, 1974-cü ilin dünya çempionatındakı Hollandiya yığması ən yaxşı komanda idi.

Həmin vaxt mən 14 yaşındaydım və mundialı televizordan izləyirdim. Sanki hollandiyalı futbolçuların arxalarında da gözləri var və onlar top gəlib çatmamış ona toxunurdular.

İtaliya və İspaniyada hər dəfə 2-3 komanda çempion olur. Biz "Barselona"nın hazırkı oyununu gördükdə çox təəccüblənirik. Ancaq "Barselona"nın rəqiblərinin hansı gücdə olduğunun fərqinə varmırıq. Məncə, "Barselona"nın rəqibləri çox zəifdir. Messi də onlarla mübarizədə ön plana çıxır".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord