"Qarabağ" hazırlığını itkilərlə davam etdirir

"Qarabağ" hazırlığını itkilərlə davam etdirir
XƏBƏR 24 Fevral 2012 / 15:04 1660
-  A +

Unibank Premyer Liqasının XXI turunda baş tutmuş "Kəpəz"lə oyundan sonra iki günlük istirahətə buraxılan "Qarabağ" klubu yenidən məşqlərə başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda çalışmalarını tam heyətlə davam etdirmir. Beş futbolçu Azərbaycan millisinin əsas heyətində Dubaya təlim-məşq toplanışına yollanıb. Üç futbolçu isə U-21 düşərgəsindədir. Ansi Aqolli Albaniya millisinin düşərgəsinə yollanıb, zədəsi olan Nderim Necipi ölkəsində müalicə alır. Maksim Medvedyev isə "Bakı"yla oyunda aldığı zədəni sağaltmaqla məşğuldur. Maksim hazırda fərdi çalışmalarla kifayətlənir. Yaxın zamanlarda onun toplu çalışmalar başlayacağı gözlənilir.


Son xəbərlər