"Atletiko"nun baş məşqçisi: "Beşiktaş" çətin rəqibdir"

"Atletiko"nun baş məşqçisi: "Beşiktaş" çətin rəqibdir"
DÜNYA FUTBOLU 24 Fevral 2012 / 14:03 2577
-  A +

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Avroliqanın 1/8 final mərhələsində qarşılaşacaqları "Beşiktaş"la görüş haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis "Beşiktaş"la oyunun çox çətin keçəcəyini bildirib:

"Beşiktaş"ın oyunlarını izləmişəm. Türkləri tanıdığım üçün "Beşiktaş"la matçın çətin keçəcəyini deyə bilərəm. Növbəti mərhələyə adlamaq üçün yaxşı hazırlaşmalıyıq. Çünki "Beşiktaş" çətin rəqibdir. Heyətində təcrübəli futbolçular çıxış edir. Əgər "Beşiktaş"ı keçsək, finala doğru inamla irəliləyəcəyik".

Qeyd edək ki, "Atketiko" - "Beşiktaş" oyunu martın 8-də Madriddə, cavab görüşü isə bir həftə sonra İstanbulda oynanılacaq.  

 


Son xəbərlər