Dünya futbolunun əfsanəsi özünə yeni klub tapdı

XƏBƏR 24 Fevral 2012 / 13:27 2138
-  A +

Dünya futbolunun əfsanəvi isimlərindən olan Yohan Kroyf bundan sonra Meksikada çalışacaq.

Qol.Az-ın məlumatına görə, Amsterdamın “Ayaks” klubun idarəçiliyindən ayrılan Kroyf “Çivas Quadalajara”da məsləhətçi vəzifəsini icra edəcək.

2006-cı ildən çempionluğa həsrət qalan Kroyfun yeni komandası son 13 oyunda qələbə qazana bilməyib. “Çivas Quadalajara” rəsmiləri hollandiyalı mütəxəssisin rəhbərliyi altında acınacaqlı durumdan çıxacaqlarına inandıqlarını ifadə edib.

Qeyd edək ki, Kroyfun Meksika klubuyla yanaşı keçmiş komandası “Ayaks”a da qeyri-rəsmi məsləhətçilik edəcəyi gözlənilir.

 


Son xəbərlər