Emin Mahmudov yeni klubuna keçidindən danışdı

Emin Mahmudov yeni klubuna keçidindən danışdı
GÜNDƏM 24 Fevral 2012 / 12:24 2748
-  A +

Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov özünə yeni komanda tapıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, 19 yaşlı futbolçu mövsümün sonuna qədər icarə qaydasında “Tom” klubunda çıxış edəcək.

“Tom”a keçidim ən son məqamda baş verdi. Klubumda vəziyyət aydın deyildi. Hər şey müəyyənləşəndən sonra isə “Tom”a icarəyə verildim. Bu komandayla danışıqları menecerim aparıb. Yaxın günlərdə komandanın baş məşqçisi və rəhbərliyi ilə görüşəcəyəm”.

Mahmudov inandığını bildirib ki, “Tom”da uğurla çıxış etsə, o zaman yenidən ”Spartak”a qayıdacaq.

Qeyd edək ki, “Tom” Rusiya Premyer Liqasında hazırda sonuncu pillədə qərarlaşıb.

Mahmudovun fikrincə, komandanın yüksək liqada qalması üçün hələ imkanlar var.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın