Millimiz Sinqapurla da bacarmadı

Millimiz Sinqapurla da bacarmadı
GÜNDƏM 24 Fevral 2012 / 19:35 7805
-  A +

Fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ilk yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası Sinqapur yığması ilə bərabərə qalıb: 2:2

2012-ci ildə ilk matçına çıxacaq millimiz bu oyunun favoriti hesab olunurdu.

Yığmamızın FİFA-nın reytinq siyahısında 147-ci pillədə qərarlaşan Sinqapur millisi ilə görüşdə sonuncu dəqiqələrdə buraxdığı qolla meydandan bərabərliklə ayrıldı.

Qeyd edək ki, millimiz fevralın 27-də Hindistan, fevralın 29-da Fələstin yığmalarıyla da yoldaşlıq oyunu keçirəcək. 




24 fevral

Yoxlama görüşü

17:30. Azərbaycan - Sinqapur - 2:2
Qollar:
Rauf Əliyev, 15 (1:0) Mahir Şükürov, 61 (2:0) İşak, 72 (2:1, pen.)
Faxrudi, 90+3 (2:2)
Baş hakim: Fahed Əlksur
Baş hakimin köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali
Dördüncü hakim: İbrahim Məhari


Millimizin start heyəti: 23. Andrey Popoviç, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov (Murad Ağayev, 46), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k) (Ruslan Abışov, 46), 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 20. Ufuq Budak, 21. Volodimir Levin, 22. Əfran İsmayılov (Branimir Subaşiç, 81), 26. Vüqar Əsgərov (Vüqar Nadirov, 61)


Daha çox


Son xəbərlər