İspaniya millisi və "Barselona"ya şad xəbər

İspaniya millisi və "Barselona"ya şad xəbər
XƏBƏR 24 Fevral 2012 / 02:51 2536
-  A +

Ötən ilin dekabr ayında zədələnərək sıradan çıxan "Barselona" klubunun hücumçusu David Vilyanın durumu yaxşıya doğru gedir.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun aprel ayından məşqlərə başlayacağı və komandasına kömək edə biləcəyi gözlənilir.

Belədə Vilya La Liqanın növbəti turu çərçivəsində aprel ayında keçiriləcək "Barselona" - "Real" (Madrid) matçında iştirak edə biləcək. Üstəlik futbolçunun İspaniya yığması ilə Avropa çempionatında da çıxış edəcəyi istisna olunmur.

Qeyd edək ki, Yaponiyada təşkil olunan klublararası dünya çempionatının yarımfinalında Qətərin "Əl Sədd" klubu ilə görüşdə ayağı qırılmışdı.


Son xəbərlər