"Daha 10 il "Milan"da oynamaq istəyirəm"

"Daha 10 il "Milan"da oynamaq istəyirəm"
XƏBƏR 24 Fevral 2012 / 01:48 2050
-  A +

"Milan" klubunun hücumçusu Robinyo daha 10 il komandada oynamaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, son zamanlar yaxşı formada olan 28 yaşlı futbolçu "Milan"da daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb:

"Burada özümü xoşbəxt hiss edirəm. Daha 10 il "Milan"da oynamaq istəyirəm. Hazırda A Seriyası və Çempionlar Liqasında inamla irəliləyirik. İnanıram ki, "Milan"da daha böyük uğurlar qazanacağıq".

Qeyd edək ki, 2010-cu ildə "Milan"a gələn Robinyo keçirdiyi 53 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki