İniyesta: "Real"ın xal itirməsini gözləyəcəyik"

İniyesta: "Real"ın xal itirməsini gözləyəcəyik"
XƏBƏR 24 Fevral 2012 / 01:30 2048
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta La Liqada çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını bildirib.

Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu aprel ayında "Real" (Madrid) klubu ilə oynayacaqları matça qədər əzəli rəqiblərinin xal itirəcəyinə inandığını ifadə edib:
 
"La Liqada sonadək mübarizə aparacağıq. Bu, bizim tək hədəfimizdir. Ümid edirəm ki, "Real" "El Klassiko"ya qədər xal itirəcək. Belə olarsa, "Real" məğlub etməklə çempionluğa şərik çıxa bilərik. Ancaq bundan öncə biz qarşıdakı bütün görüşlərdən qalib ayrılmalıyıq".

Qeyd edək ki, 23 turdan sonra 51 xalı olan "Barselona" lider "Real"dan 10 xal geri qalır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı