Mansini: "Tevezlə şəxsi qərəzliyim yoxdur"

Mansini: "Tevezlə şəxsi qərəzliyim yoxdur"
XƏBƏR 24 Fevral 2012 / 00:47 1519
-  A +

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini komandanın qalmaqallı hücumçusu Karlos Tevezin üzrxahlığını qəbul edib.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Tevezi bağışladığını və yaxın gələcəkdə yenidən ona şans verəcəyini bildirib:

"Daha öncə də demişdim ki, mənim Tevezlə şəxsi qərəzliyim yoxdur. Qalmaqal yaşandığında ona hər kəsdən üzr istəməli olduğunu bildirmişdim. Ancaq Tevez bundan imtina etmişdi.

Ancaq bir neçə gün öncə səhvini başa düşdü və hər kəsdən üzr istədi. Onunla görüşəcəyəm. Ən azı 2 həftə öz üzərində dayanmadan çalışmalıdır. Əgər formasını saxlayıbsa, yaxın gələcəkdə Tevezə yenidən şans verəcəyəm".

Qeyd edək ki, argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin II turunda səfərdə "Bavariya" ilə oyunda meydana daxil olmaqdan imtina etdiyi üçün rəhbərlik tərəfindən cəzalandırılmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı