Millimiz "Bakı"ya qalib gəldi

XƏBƏR 23 Fevral 2012 / 22:23 1474
-  A +

Bakı şəhərində təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futolçulardan ibarət Azərbaycan yığması bu gün «Bakı» klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə yoxlama oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, «Bakı» FK-nın Təlim-Məşq Bazasının stadionunda keçirilmiş qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Azərbaycan U-17-nin heyətində Ülvi İbazadə və Fəhmin Muradbəyli fərqlənib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı