“Xəzər-Lənkəran” da əcnəbi hakimə inanmır

XƏBƏR 13 Aprel 2009 / 14:56 2256
-  A +

Son turda hakim səhvinin güdazına gedərək məğlub olan “Xəzər Lənkəran” növbəti turda Lənkəranda “Bakı” ilə keçirəcəyi oyunun əcnəbi hakimə tapşırılmasını istəmir. Bunu Qol.Az-ın əməkdaşı ilə söhbətində klubun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Onun sözlərinə görə, hələ ki buna ehtiyac görmürlər: “Xəzər Lənkəran” klubu olaraq Bakı” ilə oyunumuzun əcnəbi hakim tərəfindən idarə edilməsinə dair AFFA-ya hər hansı bir müraciət ünvanlamaq planımızda yoxdur. İnanmaq istəyirik ki, hakimlərimizin etdiyi səhvlər sadəcə səhvdir, qərəz deyil. Bir də ki, elə həmin əcnəbi hakim də gəlib burada səhv edə bilər. Buna görə onların gəlməsini problemdən çıxış yolu kimi görmürük”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı