"Barselona"ya gələndən sonra Qvardiolanın başında tük qalmayıb"

"Barselona"ya gələndən sonra Qvardiolanın başında tük qalmayıb"
XƏBƏR 23 Fevral 2012 / 17:03 2432
-  A +

"Barselona" klubunun müdafiəçisi Dani Alveş bu dəfə gülməli açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu baş məşqçi Pep Qvardiolanın komandada işlədiyi 4 il ərzində saçlarının tökülməsini xüsusi vurğulayıb:

"Qvardiola "Barselona"ya gələndə başı tüklü idi. Ancaq hazırda Pepin başında demək olar ki, tük qalmayıb. Təbii ki, bunda günahkar bizik. Əgər Qvardiola komanda ilə müqaviləsini uzatmasa, bunu normal qarşılamalıyıq.

Çünki onu çox yormuşuq. Əgər Pep gedərsə, "Barselona" uğursuzluğa düçar olacaq. Yenə də komandadakı əməyinə görə ona təşəkkür etməli və heykəlini ucaltmaylıq".

 


Son xəbərlər