Xaqani Məmmədov Cüneyt Biçərə cavab verdi

Xaqani Məmmədov Cüneyt Biçərə cavab verdi
GÜNDƏM 23 Fevral 2012 / 15:55 3524
-  A +

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin “Qəbələ”ylə Unibank Premyer Liqasının 21-ci turunun oyununda təmiz qollarının hesaba alınmamasıyla bağlı fikirlərinə münasibət bildirib.

Qol.Az-ın müxbiriylə söhbətində o deyib ki, görüşün baş hakimi Elçin Məmmədovun cənub təmsilçisinin vurduğu ikinci qolu qeydə almamasıyla bağlı qərarı doğrudur: “Həmin epizodda qapıçıya qarşı kobudluq edilib. Mövcud qaydalara görə isə cərimə meydançasında qapıçıya kobudluq etmək olmaz”.

Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu 2:1 hesabıyla yekunlaşıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord