"Neftçi"nin rəsmiləri və veteranları Banişevskinin xatirəsini yad etdilər (VİDEO)

XƏBƏR 23 Fevral 2012 / 15:37 1525
-  A +

AFFA, "Neftçi" futbol klubunun rəsmiləri, futbol veteranları və "Neftçi" komandalarının uşaq futbolçuları II Fəxri Xiyabanına gedərək, Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsini yad ediblər.

Qol.Az-ın məlumatına görə, mərasimdə iştirak edənlər Yaşar Babayev, Mübariz Zeynalov, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Oqtay Abdullayev, Samir Ələkbərov və digərləri unudulmaz "9 nömrə"nin futbol azarkeşlərinə bəxş etdiyi anlardan söhbət açıblar, xatirələrini söyləyiblər. Dahi Banişevskinin nəvəsi, hazırda "Neftçi"də oynayan Əli Babayev də babası ilə fəxr etdiyini və gələcəkdə bu soyada layiq futbolçu olmaq istədiyini deyib.

Qeyd edək ki, bu gün Anatoli Banişevskinin 66 yaşı tamam olur.



Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq