«Bakı» əcnəbi hakimlərə qarşı çıxdı

XƏBƏR 13 Aprel 2009 / 14:50 2067
-  A +

Həftəsonu Lənkəranda “Xəzər Lənkəran”la prinsipial qarşılaşmaya yollanacaq “Bakı” da rəqibi kimi, matçın əcnəbi hakimə tapşırılmasının əleyhinədir. Bunu Qol.Az-a klubun baş meneceri Zeynal Məmmədov deyib. O, hazırkı vəziyyətdə yerli referilərə inandıqlarını deyib: “Lənkərandakı oyuna əcnəbi hakim dəvət olunması ilə bağlı bizim də AFFA-ya müraciət etmək fikrimiz yoxdur. Məsələn, “Standard”la keçirdiyimiz son tur qarşılaşmasını idarə edən Fariz Yusifov sübut etdi ki, əgər bizim hakimlərimiz istəsələr, istənilən oyunu yüksək səviyyədə idarə edə bilərlər”.


Son xəbərlər