"Barselona"dan daha bir rekord

"Barselona"dan daha bir rekord
XƏBƏR 23 Fevral 2012 / 14:28 2045
-  A +

Dünyanın ən böyük klublarından olan "Barselona" daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, "Barselona"nın "Nou Kamp" stadionundakı muzeyini ötən il 1 milyon 629 min 990 nəfər ziyarət edib.

1984-cü ildə açılan muzey ziyarətçilərin sayına görə İspaniyanın yalnız iki muzeyindən geri qalır. 2011-ci ildə "Prado" muzeyini 2 milyon 911 min 767 nəfər, "Reyna Sofiya" muzeyini isə 2 milyon 705 min 529 nəfər insan ziyarət edib.

Lakin Kataloniya təmsilçisinin muzeyi ziyarətçilərin sayına görə dünya klubları arasında liderliyi ələ keçirib. "Barselona"nın muzeydən ildə 35 milyon avro gəlir əldə etdiyi bildirilir.

Qeyd edək ki, 3,500 kvadrat metr sahəyə malik olan muzeydə komandanın qazandığı kuboklarla yanaşı, bir sıra tarixi fotoqraflar, sabiq oyunçuların vəsaitləri və müxtəlif müğənnilərin klubla birgə fəaliyyəti yer alıb. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı