Qurban Qurbanov: “Neftçi” tez-tez məşqçi dəyişir”

Qurban Qurbanov: “Neftçi” tez-tez məşqçi dəyişir”
ÖLKƏ FUTBOLU 23 Fevral 2012 / 13:57 3144
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Facebook sosial şəbəkəsində “İmarət” fan-klubu üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, Qurbanova ünvanlanan suallar arasında komandanın son illər “Neftçi”yə qarşı keçiridiyi oyunlarla bağlı olub.

Bir azarkeşin “Qarabağ" bütün iddialı rəqibləri məğlub etdiyi halda, "Neftçi"yə hər dəfə məğlub olur (ötən movsümün son oyununu nəzərə almasaq). Bəlkə "Qarabağ"da "Neftçi"nin yetirmələrinin çoxluğu onların komandanıza daha yaxşı bələd olmasına komək edir” sualına Qurbanovun cavabı belə olub: “2008-2010-ci illər arasında “Neftçi”yə məğlub olmamışıq. Futbolda bəzən belə olur, hansısa komandanın bir komandayla oyununda şanssızlıq baş verir. Ancaq düşünmürəm ki, “Neftçi” oyunçulara görə “Qarabağ”a bələddir. Çünki “Neftçi” tez-tez məşqçi dəyişir”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki