Mirhüseyn Seyidov üzr istədi

Mirhüseyn Seyidov üzr istədi
XƏBƏR 23 Fevral 2012 / 13:56 1707
-  A +

"Rəvan"la oyunumuz gərgin alındı. İlk dəqiqələrdən rəqibdən üstün oyun nümayiş etdirsək də qolu son dəqiqələrdə vura bildik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov "Rəvan"la oyundan (1:0) sonra deyib.

M.Seyidov qoldan sonra etdiyi qeyri-etik hərəkətinə də münasibət bildirib: "Təəssüf ki, vurduğumuz qolun sevincini yanlış tərzdə ifadə etdim. Bu sırf emosional gərginlik səbəbindən baş verdi.

Bir daha demək istəyirəm ki, bu hərəkətimlə nə rəqib komandanı, nə də azarkeşləri, ümumiyyətlə heç kimi təhqir etmək istəməmişəm. Belə niyyətim olmayıb. Təhqir etmək niyyətim olmasa belə etdiyim hərəkətin yanlış olduğunu anlayıram və bütün futbol ictimaiyyətinə üzrxahlığımı bildirirəm. Söz verirəm ki, bu hal bir daha təkrarlanmayacaq".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı