"Xəzər Lənkəran"da 142-ci futbolçu

XƏBƏR 23 Fevral 2012 / 11:21 1696
-  A +

Unibank Premyer Liqasının XXI turu daha bir futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, Kosta-Rika milli komandasının hücumçusu Rendal Brenes karyerasında ilk dəfə cənub təmsilçisinin formasında meydana çıxıb. “Qəbələ” ilə səfər matçında iştirak edən forvard “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını 142-yə çatdırıb.

Bununla da 2011/12 mövsümündəki debütantlarımızın sayı 16-ya çatıb. Rendala qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev 2011-ci ildə, Sadio Tounkara ilə Roberto Alviz isə bu ilin AZAL-la baş tutan ilk matçında yeni komandalarında debüt etmişdilər.

“Xəzər Lənkəran”ın şərəfini qorumuş 142 oyunçudan 55-i yerli, 87-sı əcnəbidir. 87-ci legioner kimi klub tarixinə düşən Brenes 2-ci kosta-rikalı olub. Onadək yalnız Uinston Parks komandanın heyətində bu ölkəni təmsil etmişdi.

Ümumilikdə isə klubda təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord