"Real" ciddi itki ilə üzləşdi

"Real" ciddi itki ilə üzləşdi
XƏBƏR 23 Fevral 2012 / 02:48 2804
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə CSKA (Moskva) klubunun qonağı olan "Real" (Madrid) komandası ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema zədələnərək sıradan çıxıb.

CSKA ilə görüşdə (1:1) qasıq nahiyyəsindən zədələnən Benzemanın ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Belə olan təqdirdə fransız futbolçu La Liqanın qarşıdakı oyunlarında komandasına kömək edə bilməyəcək. Lakin Benzemanın CSKA ilə cavab matçına qədər yetişəcəyi bildirilir. 

Qeyd edək ki, "Real" - CSKA matçı martın 14-də "Santyaqo Bernabero" stadionunda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı