Millimiz stadionu qıt olan ölkənin komandasıyla oynayır

Millimiz stadionu qıt olan ölkənin komandasıyla oynayır
XƏBƏR 23 Fevral 2012 / 00:01 1711
-  A +

Hindistanın yenilənmiş ilk çempionatının startı təxirə salınıb.
Qol.Az-ın məlumatına görə, buna səbəb oyunların keçirilməsi üçün meydançaların çatışmamasıdır.

Təşkilatçıların tapdıqları münasib stadionların sayı azdır. Üstəlik, həmin arenaların istifadəsi üçün yerli rəhbərliklə razılığa gəlmək lazımdır. Bu isə az vaxt aparmayacaq. Beləliklə, Fabio Kannavaro, Ernan Krespo, Rober Pires və daha bir neçə tanınmış futbolçunun oynayacağı çempionat aprelin ortalarından tez başlamayacaq.

Qeyd edək ki, Hindistan yığması fevralın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı