Maradona: “Messi məndən güclüdür deyənlərə gülürəm”

Maradona: “Messi məndən güclüdür deyənlərə gülürəm”
GÜNDƏM 22 Fevral 2012 / 23:26 2860
-  A +

Dünya futbolunun əfsanəsi Diyeqo Maradona “Barselona”da oynayan həmyerlisi Lionel Messinin onunla müqayisə olunmasına etiraz edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, Maradona bu cür müqayisədən xoşlanmadığını bildirib.

"Qoy, Messi öz hekayəsini yazsın. Onun karyerasının sonunda kim daha yaxşı futbolçu olub – Maradonamı, Messimi – o zaman qərar verərik” – deyə o vurğulayıb.

"Messi çox yaxşı oynadığı üçün mənimlə müqayisə edilir. Amma mən aktiv futbol həyatımı bitirmişəm, o isə davam edir. Nə zaman futbolçu karyerasını bitirsə, o zaman da müqayisə edilərik. Belə olması mənim daha xoşuma gələr. Bu səbəbdən Messi Maradonadan daha yaxşı futbolçudur deyənlərə sadəcə gülürəm" – deyə o qeyd edib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı