“Latsio”nun baş məşqçisi istefa verdi

XƏBƏR 22 Fevral 2012 / 22:31 1556
-  A +

Romanın “Latsio” klubunun baş məşqçisi Eduardo Reya tutduğu vəzifədən istefa verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, hələlik klub rəhbərliyi istefa ərizəsini qəbul etməyib.

İddia olunub ki, Reya fevralın 24-də Avropa Liqasının Madriddə “Atletiko”ya qarşı keçiriləcək təkrar oyununda sonra vəzifəsindən gedəcək.

Xatırladaq ki, “Latsio” “Atletiko” ilə Romadakı oyunda 1:3 hesabıyla uduzub. Ölkə çempionatında isə “Latsio” 24 turdan sonra dördüncü yeri tutur.


Son xəbərlər