Ağasəlim Mircavadov: “Xəzər-Lənkəran” cinahlarda rəqibinə uduzdu, müdafiədə isə xeyli səhv etdi”

XƏBƏR 13 Aprel 2009 / 14:16 2166
-  A +

“Neftçi” birinci hissəni çox yaxşı oynadı. Onlar oyunu cinahlardan qurmuşdular ki, bu da uğurlu taktika idi. “Xəzər Lənkəran” isə bu cəhətdən rəqibinə uduzdu. Hamı yığılmışdı ortaya. Rəşad Abdullayevlə, Rahid Əmirquliyev ilk dəqiqələrdən meydanda olsa idilər yaxşı olardı. Təsadüfi deyil ki, məhz onların oyuna daxil olmasından sonra lənkəranlıların cinahları canlandı”. Bu sözləri Qol.Az-a “Neftçi”-“Xəzər-Lənkəran” oyununu şərh edən Ağasəlim Mircavadov deyib. Hər iki komandaya Azərbaycan çempionluğunu və “Birlik Kuboku”nu qazandıran təcrübəli mütəxəssis “Xəzər-Lənkəran”ın məğlubiyyətinin digər səbəblərini də açıqlayıb: “Komanda çox ağır oynayırdı. Sanki sürət çatışmırdı. Bundan başqa, müdafiə xəttinin oyunu heç mənim xoşuma gəlmdi. Həddindən artıq zəif oynadılar və xeyli səhvə yol verdilər”.


 


Son xəbərlər