“İnter”in iki futbolçusu “Milan”a gedir

XƏBƏR 13 Aprel 2009 / 14:15 2285
-  A +

2008-ci ilin payızında Azərbaycan çempionu “İnter”in təşkilatçılığı və təşəbbüsü ilə Bakıda təşkil olunan “Milan Junion Cup” lahiyəsinə əsasən fərqlənən iki futbolçumuz aprelin sonlarında İtaliyaya yola düşəcəklər. “İnter”in mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə klubun iki yeniyetmə futbolçusunun sənədləri artıq hazırlanaraq İtaliyaya göndərilib. Ayın sonlarında isə həmin futbolçuların özləri də Appennin yarımadasına yola düşərək “Milan”ın aşağı yaş qrupundan olan komandasının hazırlıqlarına qoşulacaqlar. Bu futbolçulardan biri qapıçı Anar Məhərrəmov, digəri isə yarımmüdafiəçi Ramil Mansurovdur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı