“Türkiyədə çörək qazanan əcnəbinin, Türkiyə millisinin futbolçusunu vurması yolverilməz haldır”

XƏBƏR 13 Aprel 2009 / 14:13 2335
-  A +

“Dünənki “Qalatasaray” - “Fənərbaxça” derbisini izlədim. Amma kaş ki, heç izləməzdim. Çünki meydanda baş verənlərə görə çox utandım”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Neftçi”nin hücumçusu Ali Cansun deyib. Cansun bildirib ki, bu cür hadisə Türkiyə futboluna yaraşmır: “Meydanda 90 dəqiqə gərgin mübarizə getdi. Komandaların hər ikisi qələbə üçün çalışırdılar. Amma oyunun sonlarında baş verən olaylar Türkiyə futboluna yaraşan hal deyil. Milli komandada birgə çıxış edən futbolçuların bir-birləriylə vuruşması ayıbdır. Türkiyədə çörək qazanan əcnəbinin Türkiyə millisinin futbolçusunu vurması yolverilməz haldır”.       


Son xəbərlər