"Bavariya" və "İnter" məğlub oldu

"Bavariya" və "İnter" məğlub oldu
GÜNDƏM 23 Fevral 2012 / 01:37 4489
-  A +

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Sürpriz şəkildə 1/8 finala yüksələn İsveçrənin "Bazel" klubu doğma azarkeşləri önündə "Bavariya"nı qəbul edib. Çempionlar Liqasında böyük təcrübəsi olan Münhen təmsilçisi bu görüşün əsas favoriti hesab olunurdu. Lakin "Bazel"in vurduğu yeganə qolla "Bavariya"nı əliboş yola salıb - 1:0.

Günün digər qarşılaşması isə Fransada baş tutub. Burada yerli "Marsel" klubu İtaliya "İnter"ini sınağa çəkib. A Seriyasında işləri yolunda getməyən "İnter" bütün ümidini ÇL-ə bağlayıb. Lakin Milan təmsilçisi son saniyədə "Marsel"in qoluna mane ola bilməyib və görüşdən əğlub ayrılıb - 0:1.

Qeyd edək ki, dünən keçirilən oyunlarda "Real" səfərdə CSKA (Moskva) ilə bərabərə qaldığı halda (1:1), "Napoli" evdə "Çelsi" məğlub edib - 3:1.

 


22 fevral

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları
 
23:45. "Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya) - 1:0
Qol:
Stoker, 86 (1:0)

23:45. "Marsel" (Fransa) - "İnter" (İtaliya) - 1:0
Qol:
Ayyu, 90+3 (1:0)

 


21 fevral

"Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə) - 3:1
Qollar:
Mata, 27 (0:1), Lavezzi, 38 (1:1), 65 (3:1), Kavani, 45 (2:1)

CSKA (Moskva, Rusiya) - "Real" (Madrid, İspaniya) - 1:1
Qollar:
Ronaldo, 28 (0:1), P.Vernblum , 90 (1:1)

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı