“Boluspor” İlqarsız qələbə qazandı

XƏBƏR 13 Aprel 2009 / 12:10 2219
-  A +

Milli komandamızın keçmiş üzvü İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin “Boluspor” klubu birinci liqanın XXX turu çərçivəsində öz meydanında “Erciyesspor”u qəbul edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oyun “Boluspor”un 2:0-lıq qələbəsiylə başa çatıb. Bolu təmsilçisinin qollarına 30-cu dəqiqədə Uğur və 90-cı dəqiqədə Ömer imza atıblar. Həmyerlimiz ötən oyunda olduğu kimi, bu dəfə meydana çıxmayıb. Bu qələbə sayəsində xalını 47-ə yüksəldən “Boluspor” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı