"Napoli" "Çelsi"ni məğlub etdi, "Real" CSKA ilə bacarmadı

"Napoli" "Çelsi"ni məğlub etdi, "Real" CSKA ilə bacarmadı
DÜNYA FUTBOLU 22 Fevral 2012 / 01:37 6328
-  A +

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşması Rusiyanın paytaxtı Moskvada keçirilib. Burada yerli CSKA (Moskva) klubu Madrid "Real"ını qəbul edib. "Real" 28-ci dəqiqədə hesabı açsa da, oyunun son dəqiqəsində qapısında qol buraxaraq qələbəni əldən verib.

Digər qarşılaşma isə İtaliyada baş tutub. Burada yerli "Napoli" klubu İngiltərənin "Çelsi" komandası ilə qarşılaşıb. Premyer Liqada işləri heç də qaydasında getməyən "zadəganlar" ümidini ÇL-ə bağlayıb. Lakin London klubu hesabı açmasına baxmayaraq, görüşdən məğlub ayrılıb - 1:3.

Qeyd edək ki, bu mərhələnin daha 4 qarşılaşması ötən həftə keçirilmişdi.




21 fevral

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları

23:45. "Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə) - 3:1
Qollar:
Mata, 27 (0:1), Lavezzi, 38 (1:1), 65 (3:1), Kavani, 45 (2:1) 

21:00. CSKA (Moskva, Rusiya) - "Real" (Madrid, İspaniya) - 1:1
Qollar:
Ronaldo, 28 (0:1), P.Vernblum , 90 (1:1) 



22 fevral
 
23:45. "Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya)

23:45. "Marsel" (Fransa) - "İnter" (İtaliya)


Son xəbərlər