Naci Şensoy ardıcıl ikinci qələbəsini qazandı

XƏBƏR 13 Aprel 2009 / 11:40 2276
-  A +

“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy yeni iş yerində - Bolqarıstanın “Pirin” klubunda ikinci oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Şensoyun çalışdırdığı “Pirin” Bolqarıstan çempionatının XXI turu çərçivəsində öz meydanında “Sliven”i qəbul edib. Ötən oyunda olduğu kimi, bu dəfə də Şensoyun yetirmələri hesabda geri olmalarına baxmayaraq, əzmkar qələbə qazanıblar. “Pirin” rəqibini Georgiyev, Stoyanov və Nikolovun qollarıyla 3:1 hesabıyla məğlub edib. Bununla da “Turan”ın keçmiş çalışdırıcısı yeni klubunda ardıcıl ikinci matçını da qələbəylə başa vurub. Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran “Pirin” 11-ci pillədəki mövqeyini qoruyub.    


Son xəbərlər