“Xəzər-Lənkəran” “Neftçi”ni zirvədən endirdi

XƏBƏR 12 Aprel 2009 / 16:59 2353
-  A +

Premyer-liqa komandalarının əvəzedici heyətləri arasında keçirilən XVII Azərbaycan çempionatında XXI turun oyunlarına yekun vurulub. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tur lider dəyişikliyi ilə yadda qalıb. Lider “Neftçi” öz meydanında “Xəzər-Lənkəran”la bərabərə qaldığından (1:1), ilk pilləni “Qarabağ”a təhvil verməli olub. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
MOİK - "İnter" 1:0
"Turan" - "Karvan" 3:0
"Qəbələ" - "Olimpik" 0:1
21 turdan sonra hesabında 48 xal olan “Qarabağ” yarışın lideridir. Rəqibə nisbətən 1 xal az toplamış “Neftçi” ikinci, 44 xala malik “Bakı” isə üçüncüdür. 

 


Son xəbərlər