Hiddink "Anji"nin baş məşqçisi oldu

Hiddink "Anji"nin baş məşqçisi oldu
DÜNYA FUTBOLU 17 Fevral 2012 / 14:34 2688
-  A +

Hollandiyalı mütəxəssis Quus Hiddink Rusiyanın “Anji” futbol klubuna baş məşqçi təyin olunub.

Qol.Az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə bağlanılıb.

Onun təyinatı barədə yaxın 24 saat ərzində rəsmi açıqlama veriləcək. Hiddink “Anji”yə Türkiyədəki təlim-məşq toplantısında qoşulacaq. Təcrübəli mütəxəssisin “Anji”dəki köməkçiləri “Utrext”in sabiq baş məşqçisi Ton dyu Şatinyo ilə əvvəllər Yaponiyada çalışmış Jelko Petroviç olacaq.

Qeyd edək ki, Quus Hiddinkin son iş yeri Türkiyə yığması olub. O, 2011-ci ilin noyabrında tutduğu postdan kənarlaşdırılıb. Səbəb kimi “ay-ulduzlular”ın 2012-ci il Avropa çempionatına yüksələ bilməməsi göstərilib. Hiddink 2006 – 2010-cu illərdə Rusiya millisində də çalışıb və komandaya 2008-ci il Avropa çempionatının bürünc medallarını qazandırıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı