Badri Kvaratsxeliya yenə də hakimlikdən şikayətləndi

XƏBƏR 11 Aprel 2009 / 20:39 2323
-  A +

“Birinci hissədə komandam çox pis təsir bağışladı. Lakin fasilədən sonra uşaqlar toparlanaraq, meydanda mübarizə apardılar”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyundan sonra keçirilmiş mətbuat konfransında “Standard”ın baş məşqçisi Badri Kvaratsxeliya deyib. Gürcü məşqçi ötən tur “Xəzər-Lənkəran”la oyundan sonra olduğu kimi, yenə də hakimlikdən şikayətlənib: “Çox təəssüflənirəm ki, yenə də hakimlər işlərinin öhdəsindən gələ bilmədilər. Bilmirəm ki, nəyə görə hakimlər həmişə bizim oyunumuz zamanı səhv edirlər”.


Son xəbərlər