“Bakı” “Standard” önünə ciddi itkilərlə çıxacaq

XƏBƏR 11 Aprel 2009 / 16:26 2195
-  A +

Ötən tur “Olimpik”ə məğlub olaraq, liderliyi itirən “Bakı” bu gün XXI tur çərçivəsində “Standard”la qarşılaşacaq. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar” bu oyuna ciddi itkilərlə çıxacaq. Cəzasını başa çatan Batişta Roşanın bu gün oynayacağı gözlənilsə də, məşq prosesində zədələnən braziliyalı forvard bu səbəbdən “Standard”la oyunu da buraxmalıdır. Batistadan başqa “Olimpik”lə matçda zədələnən Fernando Peres və Əhməd Ticani də qarşıdakı matçı buraxmaq məcburiyyətindədirlər. Eyni sözləri komandanın bombardiri Amiran Muciri haqda da demək olar. Son oyunda qırmızı vərəqə alaraq, oyunu erkən tərk edən gürcü futbolçu 1 oyunluq cəzalandırılıb.  


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı