Vladimir Levin: “MOİK-i də məğlub etsən 3 xal qazanacaqsan, “Xəzər-Lənkəran”ı da”

Vladimir Levin: “MOİK-i də məğlub etsən 3 xal qazanacaqsan, “Xəzər-Lənkəran”ı da”
XƏBƏR 11 Aprel 2009 / 15:06 2248
-  A +

“Olimpik” - “Bakı” oyununu izləməmişəm. Amma “Olimpik”in vurduğum qolu görmüşəm. Çox kuryoz epizoddur”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in müdafiəçisi Vladimir Levin deyib. Levin bildirib ki, “Olimpik”in qolunu ədalətsiz hesab etsə də, nəyisə dəyişmək qeyri-mümkündür: “Qolun müəllifi deyir ki, mən topu “Bakı”nın meydandan çıxarmasını görmədim. Təbii ki, bu ədalətsizlikdir. Amma nə etmək olar. İndi nəyisə dəyişmək qeyri-mümkündür. Çünki oyunun nəticəsi tabloda yazılır. Orada isə “Olimpik”in qələbəsi göstərilib”. 
Bu nəticənin onları qane etdiyini deyən Levin bununla belə, çempionluq mübarizəsinin son ana qədər davam edəcəyini düşünür: “Gələcək haqda proqnoz verməyi xoşlamıram. Kimin çempion olacağını zaman göstərəcək. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma biz də titulumuzu qorumaq üçün çalışacağıq. Son oyunların hamısı çətin keçəcək. Xüsusən də çempionatın sonu olduğundan, gərginlik son həddə çatıb. Növbəti oyunların hamısında qələbə qazanmağa çalışacağıq. Rəqiblərin kimliyi önəm daşımır. Əsas olan qələbədir. Çünki yalnız qalib gələcəyin təqdirdə, sənə 3 xal veriləcək. Fərqi yoxdur, qələbəni “Xəzər-Lənkəran” üzərində qazanmısan, yoxsa MOİK. Buna görə də komandaları güclü və ya zəif kimi bölmək lazım deyil”.
 
 


 


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki